Icma.az bildirir, Azxeber.com saytına əsaslanaraq.
Sentyabr ayı ərzində iki ümumi cərrahın ixtisasına uyğun olmayan plastik cərrahiyyə sahəsində fəaliyyət göstərməsi faktı aşkar edilib.
AZXEBER.COM xəbər verir ki, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən Xezerxeber.az-a bildirilib ki, bu faktlarla bağlı İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə 2 protokol tərtib edilib və müvafiq icraata göndərilib.
Ümilikdə, stomatoloji fəaliyyətlə bağlı cari ilin sentyabr ayı ərzində 7 protokol tərtib edilib. Onlardan 5-i İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə, 2-i isə 215.1-ci maddəsi ilə tərtib edilib.
Bildirilib ki, tibbi və estetik xidmətlər sahəsində qanun pozuntularının aşkarlanması və aradan qaldırılması istiqamətində nəzarət tədbirləri davam etdirilir.