İki cüdoçumuz 1/8 finala yüksəldi Yenilənir

08.10.2026

Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İki cüdoçumuz 1/8 finala yüksəldi - Yenilənir

Bakıda cüdo üzrə dünya çempionatı davam edir.

QOL.az xəbər verir ki, mundialın beşinci günündə Azərbaycanın daha 4 təmsilçisi mübarizə aparacaq.

Kişilər

90 kq

Elcan Hacıyev - 1/32 finalda Aleksandr Knaufu (ABŞ) məğlub edib. O, 1/16 finalda Kiqan Yanqla (Kanada) üz-üzə gəlib və qələbə qazanaraq 1/8 finalda yarışmaq hüququ qazanıb. Elcanın rəqibi Fransa cüdoçusu Nqayap Ambu olacaq.

Məmmədəli Fətiyev – ilk mərhələdən azaddır. O, 1/16 finalda Theodoros Tselidislə (Yunanlstan) görüşüb. Fətiyev qalib gələrək 1/8 finala yüksəlib.

Süleyman Şükürov - 1/32 finalda norveçli Kornelius Eylertseni məğlub edib. O, növbəti mərhələdə Qoki Tayima (Yaponiya) ilə qarşılaşıb və məğlub olub.

Qadınlar

70 kq

Südabə Ağayeva (70 kq) 1/32 finalda ispaniyalı Ai Tsunoda Roustanta uduzaraq mübarizəni başa vurub.

Azərbaycanın 4 medalı var

Hazırda Azərbaycan millisinin aktivində 4 medal (1 qızıl, 1 gümüş, 2 bürünc) var. Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tskaev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq) və Ömər Rəcəbli (81 kq) isə bürünc medal qazanıblar.

Dünya çempionatının görüşləri Milli Gimnastika Arenasında keçirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью