İki dəfə evlənib boşandığı aktrisadan danışan Sinan: Unudulması çətin qadındır

03.11.2026

Baku.ws saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Məşhur müğənni Sinan Akçıl şəxsi həyatı ilə gündəmə gəlib.

BAKU.WS xəbər verir ki, sənətçi açıqlaması zamanı keçmiş həyat yoldaşı, aktrisa Burcu Kıratlıdan danışıb.

Sənətçi Burcu ilə iki dəfə evlənib-boşanmasına baxmayaraq, hələ də onu unutmadığını deyib:

"Burcu unudulması çətin qadındır. Onunla üçüncü dəfə də evlənə bilərəm".

Cütlüyün uzun müddətdir yenidən, yəni üçüncü dəfə eşq yaşamağa başladığı bildirilib.

Xatırladaq ki, onlar ilk dəfə 2019-cu ildə Türkiyənin Amsterdamdakı konsulluğunda nikah masasına əyləşib. 9 ay sonra boşanıblar. Buna səbəb Burcunun Sinanı çox qısaqanması olub.

İkinci dəfə onlar 2021-ci ildə təmtəraqlı toy məclisi ilə ailə qurublar. Bu evlilik də cəmi 15 ay davam edib.

2022-ci ildə 3 dəqiqə davam edən məhkəmədə cütlük boşanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью