Icma.az, GlobalInfo portalına istinadən məlumat verir. Xəbər verdiyimiz kimi, Azərbaycanın Milli Qəhrəmanı, general-polkovnik Mədət Quliyev
Globalinfo.az Teleqraf-a istinadən M.Quliyevin həyat və fəaliyyəti barədə qısa arayışı təqdim edir: Mədət Qəzənfər oğlu Quliyev 1958-ci il s
1976-cı ildə Azərbaycan Kənd Təsərrüfatını Mexanikləşdirmə və Elektrikləşdirmə Elmi Tədqiqat İnstitutunda texnik-mexanik işləyib.
1980-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 1997-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirib.
1980-ci ildə Gəncə şəhərindəki “Dinamo” İdman Cəmiyyətində məşqçi işləyib. 1980-1982-ci illərdə həqiqi hərbi xidmətdə olub.
1982-1983-cü illərdə Gəncə şəhərində “Dinamo” İdman Cəmiyyətində məşqçi-təlimatçı, 1983-1984-cü illərdə Gəncə şəhəri Daxili İşlər İdarəsinin Kadrlar bölməsində fiziki və atəş üzrə inspektor,1984-1991-ci illərdə Gəncə şəhəri Daxili İşlər İdarəsinin “Dinamo” İdman Cəmiyyətinin sədr müavini, 1991-1993-cü illərdə Gəncə şəhər Polis İdarəsinin Cinayət-axtarış şöbəsinin baş əməliyyat müvəkkili işləyib.
1993-cü ildə Gəncə şəhər Polis İdarəsinin Terrorizmlə və banditizmlə mübarizə şöbəsinin baş əməliyyat müvəkkili, rəis müavini, 1993-1994-cü illərdə Gəncə şəhər Polis İdarəsinin Cinayət-axtarış şöbəsinin Banditizimə qarşı mübarizə bölməsinin baş əməliyyat müvəkkili, rəisi, 1994-1995-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsinin regional şöbəsinin rəisi, 1995-1996-cı illərdə AR Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Reketlə mübarizə şöbəsinin rəisi, 1996-2001-ci illərdə AR Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavini, 2001-2002-ci illərdə AR Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi işləyib.
2002-2004-cü illərdə AR Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, 2004-2006-cı illərdə Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, 2006-2011-ci illərdə AR Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin rəisi vəzifəsində çalışıb.