İki dost həbs edildi: Biri nazirlikdə, digəri İdarədə işləyirdi TƏFƏRRÜAT | Icma.az
Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır. Lənkəranda 4 kiloqram narkotiklə tutulan dostlara hökm oxunub.
Onlar İran vətəndaşının dediyi yerdən narkotik vasitəni götürdükdən sonra saxlanılıblar.
“Cebheinfo.az” Musavat.com-a istinadən xəbər verir ki, 32 yaşlı Mirsaleh Əbülfətzadə və 35 yaşlı Zamiq Rzayev külli miqdarda narkotik vasitə əldə etmə və satma ittihamı ilə saxlanılıblar.
Zamiq Lənkəran şəhər Yaşıllaşdırma idarəsində fəhlə, Mirsaleh isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Nəqliyyat İdarəsində böyük mütəxəssis vəzifəsində çalışıb.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər instagram sosial şəbəkəsində tanış olduqları Fərhad adlı şəxsin göstərişi ilə Balıqçılar qəsəbəsində Balıqçılar sözü yazılmış dəmir lövhənin altında gizlədilən narkotik vasitəni götürüblər.
Razılığa əsasən, onlar narkotiki Fərhadın dediyi adama çatdırdıqdan sonra 2 min manat pul almalı imişlər.
Lakin rayon ərazisində polis əməkdaşları tərəfindən saxlanılıblar.
Zamiq məhkəmədəki ifadəsində deyib ki, dostu Mirsalehin bu işdə günahı olmayıb.
Tam oxu
Xəbəri oxu