Icma.az, Bizimyol portalına istinadən məlumat verir. Katoliklərin ruhani lideri və Vatikanın rəhbəri Papa Fransisk bildirib ki, İsrail-Fələs
Bizimyol.info "AA"ya istinadən xəbər verir ki, Roma Papası İtaliyanın özəl televiziya kanallarından birində proqrama qatılıb, burada dünya h
Papa İsrail və HƏMAS arasında atəşkəs razılaşmasının qüvvəyə minməsinə görə bütün vasitəçilərə təşəkkür edib.
Katolik ruhani lider, İsrail-Fələstin probleminin həlli üçün iki dövlətli modelinə işarə edərək: "Bir ehtimal var və məncə, yeganə həll yolu budur", - deyib.
Bəzi insanların bu fikrə açıq olduğunu, bəzilərinin isə açıq olmadığını ifadə edən Papa deyib: "Sülh həmişə müharibədən yaxşıdır.
Sülh etmək üçün bəzən nədənsə imtina etməlisən, amma sonda məlum olacaq ki, daha çox qazanmısan", - deyib.
ABŞ-ın yeni prezidenti Donald Trampın vəzifəyə gəldikdən sonra həyata keçirəcəyi ilk tədbirlər arasında qeyri-qanuni mühacirlərin deportasiyası olduğu xatırladılan və bu mövzuda fikirlərinin soruşulduğu Papa Trampı tənqid edib.
"Bu, fəlakət olardı. Heç bir şeyi olmayan kasıbları balanssızlığın əvəzini ödəyəcək. Bu belə davam edə bilməz.