Icma.az xəbər verir, Marja.az saytına əsaslanaraq.
2027-ci ildə dövlət büdcəsindən “Azəristiliktəchizat” və “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətlərinə ümumilikdə 51,3 milyon manat subsidiya ayrılması nəzərdə tutulur.
Marja.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Layihəyə əsasən, “Azəristiliktəchizat” ASC-yə 33,8 milyon manat subsidiya ayrılması proqnozlaşdırılır. Vəsait istilik təchizatı xidmətləri üzrə satış tariflərinin məhsulun maya dəyərindən aşağı olması nəticəsində yaranan zərərin ödənilməsinə yönəldiləcək.
“Təmiz Şəhər” ASC-yə isə bərk məişət tullantılarının zərərsizləşdirilməsi məqsədilə 17,5 milyon manat subsidiya ayrılması planlaşdırılır.
Beləliklə, iki dövlət şirkətinə ayrılması nəzərdə tutulan subsidiyaların 65,9 faizi “Azəristiliktəchizat”ın, 34,1 faizi isə “Təmiz Şəhər”in payına düşür.
Mənzil-kommunal xərclərə 335,2 milyon manat ayrılacaq
2027-ci ilin dövlət büdcəsi layihəsində mənzil və kommunal təsərrüfatı xərcləri üçün ümumilikdə 335,2 milyon manat vəsait nəzərdə tutulub.
Bu vəsaitin 132,5 milyon manatı və ya 39,5 faizi kommunal təsərrüfatına, 120,7 milyon manatı və ya 36 faizi mənzil-kommunal təsərrüfatı ilə bağlı digər xərclərə yönəldiləcək.
Bundan əlavə, mənzil təsərrüfatına 60 milyon manat, su təsərrüfatına 15,7 milyon manat, lift təsərrüfatına isə 6,3 milyon manat ayrılması planlaşdırılır.