Axsham.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Səudiyyə Ərəbistanında Məkkə şəhərindəki Məscidül-Haram ərazisində ictimai etikaya zidd hərəkətlər törətməkdə ittiham olunan iki Banqladeş vətəndaşı edam edilib.
Axşam.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Rəsmi bəyanatda edam olunan şəxslərin Nuzurulislam Əbdülbasiri və Seti Ahter olduğu bildirilib. Onlar müqəddəs məkanın toxunulmazlığını və mənəvi dəyərlərini pozmaqda ittiham ediliblər.
Hadisədən sonra təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan şəxslər barəsində istintaq aparılıb və məhkəmə prosesi başa çatıb. Məhkəmənin yekun qərarı və ali təsdiqdən sonra ölüm hökmü icra olunub.
Yayılan görüntülərə əsasən, onların başları qılıncla kəsilərək edam edildiyi bildirilib.