İki ərazidə partlayışlar olacaq Nazirlikdən xəbərdarlıq

13.10.2025

Icma.az bildirir, Metbuat saytına əsaslanaraq.

Oktyabrın 13-17 tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.

Metbuat.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

Nazirlik partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью