İki ərazidə partlayışlar olacaq Nazirlikdən xəbərdarlıq

08.12.2025

Metbuat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Pirəkəşkül və Ağdərədə dekabrın 8-dən 12-ə qədər müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək.

Metbuat.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Bildirilib ki, istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək

"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью