“İki əsgər” Şuşa Dövlət Musiqili Dram Teatrında

28.09.2026

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 28 sentyabr, AZƏRTAC

Şuşa Dövlət Musiqili Dram Teatrında Anım Günü ilə əlaqədar Xaqani Əliyevin eyniadlı əsəri əsasında hazırlanmış "İki əsgər” tamaşası nümayiş olunub.‎

‎Teatrdan AZƏRTAC-a bildirilib ki, tamaşadan əvvəl şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.‎

‎Tədbirdə çıxış edən teatrın direktoru vəzifəsini icra edən, Əməkdar artist Azad Məmmədov Anım Gününün qeyd edilməsinin gənclərin vətənpərvər ruhda tərbiyə edilməsindəki əhəmiyyətindən danışıb, torpaqlarımızın azadlığı uğrunda həyatlarını qurban vermiş şəhidlərimizin xatirəsinin həmişə xalqımız üçün əziz olacağını qeyd edib.

‎ "İki əsgər”də əsgər Vüqar Ağayevin timsalında düşmənə nifrət edən, bununla yanaşı mərhəməti, cəsarəti, mərdliyi, qorxmazlığı ilə düşmən əsgərindən qat-qat üstün olan Azərbaycan əsgərinin ümumiləşmiş obrazı yaradılıb.‎

‎Tamaşanın bədii rəhbəri Əməkdar artist Yadigar Muradov, rejissoru Lalə Şirinova, rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Asyaxanım Heydərovadır. Səhnə əsərində obrazları teatrın aktyorları Emin Sevdiməliyev, Zəhra Salayeva, Dürdanə Dünyamalıyeva, Cavid Cavadzadə və Əhliman Ərşadlı ifa ediblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью