Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Böyük Britaniyanın “Telegraf” nəşri Azərbaycan-Rusiya və Ermənistan-Rusiya münasibətləri ilə bağlı diqqətçəkici məqalə paylaşıb.
Axar.az bəzi fakt və məqamlar təhrif edilsə də, ümumi yanaşmanı nəzərə alaraq, məqalədən əsas hissələri təqdim edir: “Rusiya ilə Azərbaycan arasında münasibətlər kəskin şəkildə pisləşib.
Bir müddət əvvəl Yekaterinburqda 25 il əvvəl törədilmiş cinayətlərin istintaqı çərçivəsində azərbaycanlılar həbs edilib.
İki şübhəli istintaq təcridxanasında ölüb (Səfərov qardaşlarının biri evdə, hücum zamanı, digəri isə xüsusi təyinatlıların maşınında döyülərək öldürülüb – red.), qalanları vəhşicəsinə döyülüb.
Azərbaycan buna sərt cavab verib: Rusiya mədəniyyətinə həsr olunmuş tədbirlər ləğv edilib, “Sputnik” agentliyinin ofisində axtarışlar aparılıb və rus proqramçılar həbs edilib (Həbs edilənlər rus proqramçılar deyil, FSB-nin agentləridir – red.).
Rusiya dövlət televiziyasında “Bakını üç günə ələ keçirək” kimi təhdidlər səslənib.
Ölkələr arasında genişmiqyaslı müharibə ehtimalı az olsa da, 30 ildir Azərbaycanla müharibə vəziyyətində olan Ermənistan Putini Cənubi Qafqazdan sıxışdırmaq üçün indi çoxdankı düşməni ilə birləşə bilər, bu da Moskva üçün təhlükə yaradır.