Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.
İki futbolçu millinin heyətindən çıxarıldı - DÇ-2026
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Mərakeş millisinin iki futbolçusu zədə səbəbindən DÇ-2026-nı buraxacaq.
QOL.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb.
“Betis”in cinah hücumçusu Əbdüssəməd Əzzəlzuli Norveç millisi ilə keçirilən yoldaşlıq oyununda (1:1) sağ diz bağlarından zədə alıb. “Marsel”in müdafiəçisi Nayef Aqerdin zədəsinin detalları isə açıqlanmayıb.
Baş məşqçi heyətdə dəyişiklik etmək məcburiyyətində qalıb. Belə ki, mundial üçün Məhəmməd Əmin Sbay (“Anje”) və Mərvan Sadan (“Əl-Fateh”) yığmaya dəvət olunublar.
Qeyd edək ki, Mərakeş millisi DÇ-2026-da C qrupunda Braziliya, Haiti və Şotlandiya yığmaları ilə qarşılaşacaq.