İki gəncin ölümünə səbəb olan sürücü sərxoş imiş... VİDEO

07.07.2026

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyənin Hatay vilayətinin İskəndərun rayonunda idarəetmədən çıxan minik avtomobili maneələrə çırpılaraq aşıb.
Bizim.Media İHA-ya istinadla xəbər verir ki, dəhşətli qəza nəticəsində 23 yaşlı Bestami Keleş və 19 yaşlı Sudenaz Menekşe hadisə yerində həyatını itirib, daha 3 nəfər isə ağır yaralanıb.
Araşdırmalar zamanı sükan arxasında olan sürücü M.E.C.-nin sərxoş olduğu müəyyən edilib.
Məlumata görə, faciədən bir qədər əvvəl gənclərdən ibarət qrup Arsuz sahilində birlikdə yeyib-içib, daha sonra isə sərxoş sürücünün avtomobili ilə gəzintiyə çıxıblar.
Faktla bağlı hüquq-mühafizə organları tərəfindən genişmiqyaslı cinayət işi açılıb, xəstəxanada müalicəsi bitdikdən sonra sürücü barəsində həbs qətimkan tədbirinin seçiləcəyi gözlənilir.

Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью