İki gimnastika hakimimiz yeni kateqoriya alıb

07.02.2025

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən keçirilən “2025-2028 beynəlxalq hakimlik kursları”nın nəticələri açıqlanıb.

İdman.biz xəbər verir ki, kurslar yanvarın 30-dan fevralın 2-dək Macarıstanın paytaxtı Budapeştdə keçirilib.

Kurslarda kişi idman gimnastikası üzrə hakimlərimiz Zəkəriyyə Muradlı və Eldar Səfərov iştirak edib. Yekun imtahanda Zəkəriyyə Muradlı 3-cü, Eldar Səfərov 4-cü kateqoriyaya yiyələniblər.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью