Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.
ABŞ-nin Las Veqas şəhərində güləş üzrə U23 dünya çempionatı sona yaxınlaşır.
“Qafqazinfo” xəbər verir ki, altıncı yarış günündə 2 sərbəst güləşçimiz fəxri kürsüyə qalxıb.
Səbuhi Əmiraslanov (86 kq) təsəlliverici görüşdə gürcüstanlı Tornike Samxaradzeyə tam üstünlüklə (10:0) qalib gələrək bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb. Ancaq həlledici mübarizədə monqolustanlı Batbilquun Naadambata 0:3 hesabıyla məğlub olaraq U23 dünya çempionatını 5-ci pillədə başa vurub.
Anar Cəfərli (92 kq) təsəlliverici görüşlərdə ermənistanlı Muşeğ Mkrtçyanla (18:8) Puerto-Riko təmsilçisi Lorenso Vaskesə (12:0) tam üstünlüklə qalib gəlib. İtaliyalı Qabriele Nikkolinini vaxtından əvvəl (10:0) üstələyən Anar bürünc medala sahib çıxıb.
Xetaq Karsanov (125 kq) bürünc medal uğrunda qarşılaşmada rusiyalı Andrey Bestayevə şans tanımayıb. Rəqibinə 8:1 hesabıyla qalib gələn milli üzvü dünya üçüncüsü olub.