İki gün öncə qəzada xəsarət alan gənc öldü FOTO

01.02.2025

Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Yanvarın 30-u Beyləqan rayonunun Birinci Aşıqlı kəndində baş verən yol-nəqliyyat hadisəsində ağır xəsarət alan gənc ölüb.

“Qafqazinfo” xəbər verir ki, rayonun Şərq qəsəbəsinin sakini 1999-cu il təvəllüdlü Novruzlu Fuad Zaur oğlu dünən müalicə olunduğu Beyləqan Rayon Mərkəzi Xəstəxanasında vəfat edib.

Qeyd edək ki, F.Novruzovun idarə etdiyi “Ford Transit” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı beton lövhəyə çırpılmışdı. O, hadisə nəticəsində ağır bədən xəsarətləri almışdı. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью