İki gün sonra meyiti tapıldı Yağışda yarğana yıxılıbmış

21.03.2025

Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Gədəbəyin Moruqlu kəndində 48 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

Gununsesi.info xəbər verir ki, hadisə martın 19-u saat 18 radələrində qeydə alnıb.

Belə ki, 1977-ci il təvəllüdlü kənd sakini Ə.Əsgərov sərxoş vəziyyətdə yaşadığı evə gedərkən havanın yağışlı, torpaq səthinin sürüşkən olması səbəbindən yıxılaraq yarğana düşüb və orada ölüb.

Ə.Əsgərovun meyiti martın 20-si tapılıb.

Hadisə ilə bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Gununsesi.info

(qafqazinfo)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью