Icma.az, Reyting.az portalına istinadən məlumatı açıqlayır.
Rusiya Xarici İşlər Nazirliyi iyunun 2-də Ukrayna ilə danışıqlarda iştirak edəcək nümayəndə heyətinin tərkibini açıqlayıb.
Reyting.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib ki, iyunun 2-də Ukrayna ilə danışıqlarda Rusiya nümayəndə heyətinin tərkibi dəyişməyəcək.
Qeyd olunur ki, danışıqlarda Moskva qarşı tərəfə münaqişənin əsas səbəblərini aradan qaldırmaq üçün bütün aspektləri özündə əks etdirən gələcək sülh müqaviləsinə dair memorandum təqdim edəcək.
E. KAMAL