İki gündə 67 nəfər axtarışda saxlanılıb DİN dən açıqlama

16.11.2026

Azpost portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanda noyabrın 14-ü və 15-də polis tərəfindən axtarışda olan 67 nəfər saxlanılıb. Onlardan 29-u borclu şəxs qismində axtarışda olub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, qeyd olunan iki gün ərzində ölkə ərazisində qeydə alınan 58, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması təmin edilib.

Polis əməkdaşları tərəfindən narkotiklərlə əlaqəli 18 fakt, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı isə 6 fakt müəyyən olunub.

Bundan başqa, cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb.

DİN-in məlumatına görə, axtarışda olan şəxslərin saxlanılması və cinayətlərin açılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

AzPost.az

Post navigation

Previous: Rusiyada neft bazası və qazpaylayıcı stansiya yanır – Ukrayna dronlarla hücum etdi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью