İki gündə 97 cinayət Dəhşətə gətirən rəqəmlər...

31.08.2026

Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Avqustun 29-da və 30-da Azərbaycanda polis əməkdaşları tərəfindən 97 cinayət hadisəsinin açılması təmin edilib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Məlumata görə, həmin günlərdə əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin də açılması təmin olunub. Toyuqlu pizza

Axtarışda olduğuna görə ümumilikdə 65 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Onlardan 46-sı borclu şəxs qismində axtarışda olub.

Bundan başqa, narkotiklərlə əlaqəli 33 fakt, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı isə 6 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 91 nəfər də polis əməkdaşları tərəfindən saxlanılıb.

Aytac Əliyeva


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью