İki günə 1000dən çox bilet satıldı!

02.12.2024

Icma.az xəbər verir, News24 saytına əsaslanaraq.

Reper Orxan Zeynallı növbəti dəfə konsertə hazırlaşır.

Sənətçi bu dəfə ölkənin əsas səhnəsi Heydər Əliyev sarayında hitlərini səsləndirəcək.

“Endorphin”in təşkilatçılığı ilə 24-25 yanvarda gerçəkləşəcək konsertə ilk iki gündə 1000-dən çox bilet satılıb.

Orxanı gecədə musiqi qrupundan əlavə kvartet müşayiət edəcək. Onun hitləri fərqli versiyalarda səsləndiriləcək.

Reper xüsusi olaraq konsert üçün yeni duetlər üzərində də çalışır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью