İki günə kartlardan 46 min manat talandı

05.05.2025

Tribuna saytına istinadən Icma.az xəbər verir.

Vətəndaşların bank kartlarından oğurluqlar davam edir.

Tribunainfo.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Elşad Hacıyesin sözlərinə görə, şənbə və bazar günü də vətəndaşların kank kartlarından külli miqdarda oğurluqlar edilib:

“Kartın üzərindəki CVV/CVC, OTP kodunu göndərən 33 vətəndaşın müxtəlif kiber üsulla 10010, 7300, 4000, 3996, 2957, 1850, 1566, 1450, 1400, 1185, 1000, 1000, 999, 999, 999, 728, 670, 520, 500, 500, 480, 480, 420, 354, 280, 202, 188, 185, 145, 129, 120, 75, 70 manat pul vəsaitləri bank kartlarından oğurlanıb. Zərər 46757 manat olub. Hər bir fakta görə polis əməkdaşları tərəfindən araşdırma aparılır”.

Nigar İxtiyarqızı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью