İki həftə ərzində irəliləyiş görməsək... Tramp

22.08.2025

Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.

ABŞ prezidenti Donald Tramp “The Todd Starnes Show” verilişində Rusiya-Ukrayna müharibəsi və davam edən danışıqlardan danışıb.

"Unikal" xəbər verir ki, prezidentin sözlərinə görə, Rusiya ilə Ukrayna arasında sülh sazişinin bağlanması imkanının olub-olmaması uzağı iki həftədən sonra məlum olacaq.

Jurnalist Trampdan hadisələrin müsbət ssenaridə inkişaf etmədiyi təqdirdə nə baş verəcəyini soruşub, ABŞ lideri isə belə cavab verib: "İki həftə ərzində irəliləyiş görməsək, Amerika fərqli taktikalara əl atacaq".

Ağarza Elçinoğlu 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью