İki həftədə 1 528 partlayıcı tapıldı Təhlükə hələ bitməyib

16.11.2026

Yenisabah saytına istinadən Icma.az xəbər verir.

İşğaldan azad edilmiş ərazilərdə noyabrın 2-dən 15-dək aparılan minatəmizləmə əməliyyatları zamanı 1 528 mina və digər partlayıcı sursat aşkarlanıb.

“Yeni Sabah” xəbər verir ki, hesabat dövründə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən 152 piyada əleyhinə mina, 33 tank əleyhinə mina və 1 343 digər partlayıcı sursat aşkar edilib.

Bildirilib ki, qeyd olunan müddətdə ümumilikdə 14 milyon 595 min 211 kvadratmetr ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib. Bu isə 1 459,5 hektar ərazi deməkdir. Sərfəli qiymətə məhsullar

Minatəmizləmə əməliyyatları ANAMA, Müdafiə Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri tərəfindən həyata keçirilib.

Aytac Əliyeva


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью