İki həftədir görünməyən Fitsonun yeri müəyyən edildi

04.01.2025

Icma.az bildirir, Unikal.az portalına istinadən.

İki həftədir ictimaiyyət qarşısına çıxmayan Slovakiyanın baş naziri Robert Fitsonun yeri məlum olub.

"Unikal" xəbər verir ki, sonuncu dəfə dekabrın 22-də Moskvada olan baş nazirin Vyetnamdakı beşulduzlu "Capella Hanoi" hotelində olduğu müəyyən edilib. 

Baş nazirin qala biləcəyi mənzil sonuncu mərtəbədə yerləşir, sahəsi 194 m², yaşayış dəyəri isə bir gecəlik 6200 avrodur. Onun hoteldə nə qədər qaldığı məlum deyil.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью