Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Yunanıstanın paytaxtı Afina yaxınlığında meşə yanğınlarının söndürülməsində iştirak edən iki helikopter toqquşub.
Axar.az yerli mediaya istinadən xəbər verir ki, hadisə Psatha regionunda qeydə alınıb.
Qəzadan sonra xilasetmə qrupları bölgədə axtarışlara başlayıb.
Helikopterlərdən birinin heyəti ərazidən çıxarılaraq xilas edilib, digərlərinin isə axtarışları davam edir.