İki idmançımız finala yüksəldi

20.08.2026

Axar.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanın iki qadın güləşçisi Slovakiyanın paytaxtı Bratislavada keçirilən U-20 dünya çempionatının finalına yüksəlib.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.

Bildirilib ki, Günay Qurbanova (57 kq) yarımfinalda hindistanlı Tanvi Qundeş Maqdumla qarşılaşıb.

Rəqibini məğlub edən Qurbanova finala vəsiqə qazanıb.

Ruzanna Məmmədova (59 kq) isə eyni mərhələdə macarıstanlı Eda Balaşa ilə üz-üzə gəlib.

Təmsilçimiz rəqibini tam üstünlüklə - 11:0 hesabı ilə məğlub edərək finala yüksəlib.

Qeyd edək ki, hər iki güləşçi qızıl medal uğrunda görüşə avqustun 21-də çıxacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью