İki il əvvəl Azərbaycanı tərk etdi, indi stop qoyuldu

09.07.2025

Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

"Sumqayıt" futbol klubunun keçmiş oyunçusu, liberiyalı əsilli Terrense Tisdelin Azərbaycandan çıxışı məhdudlaşdırılıb. 

Qaynarinfo-nun məlumatına görə, bununla bağlı Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Fərman Həmidli qətnamə çıxarıb.


İş materiallarından aydın olur ki, Terrense Tisdelin dövlət büdcəsinə 13 770,62 borcu olub. Borc ödənilmədiyinə görə Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi məhkəməyə üz tutaraq futbolçunun ölkədən çıxışının müvəqqəti məhdudlaşdırılmasını xahiş edib. Beləliklə, futbolçuya "stop" qoyulub. 

Qeyd edək ki, Terrense Tisdel "Sumqayıt"da 2022/23 mövsümündə oynayıb. "Transfermarkt"ın məlumatına görə, o, ölkəmizdən ayrıldıqdan sonra Liviyanın "Əl İttihad" və "Assvehl" klublarında çıxış edib.

Seyid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью