Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Hava çirkliliyini çox vaxt gözlə görə bilmirik, lakin bu, həyatımızı ciddi şəkildə təhdid edən təhlükədir.
Son araşdırmalar göstərir ki, Altsheymer və demensiya kimi beyin xəstəliklərinin yaranmasında ətraf mühit amilləri, xüsusilə də hava çirkliliyi mühüm rol oynayır.
Hava çirkliliyi yalnız idrak funksiyalarını zəiflətmir, eyni zamanda ölümcül nəticələrə də səbəb olur.
Qaynarinfo xəbər verir ki, son iki ildə dünya üzrə 8,1 milyon nəfər bu səbəbdən həyatını itirib.
Pensilvaniya Universitetinin Perelman Tibb Fakültəsində aparılan araşdırmaya görə, havadakı zərərli toz hissəcikləri beyində toksik zülalların yığılmasını sürətləndirir və bu da idrak qabiliyyətinin azalmasına səbəb olur.
"JAMA Neurology” jurnalında yayımlanan tədqiqatda, incə toz hissəcikləri kimi tanınan PM2.5 səviyyəsinin Altsheymer və demensiya xəstəliklərində görülən beyin dəyişiklikləri və simptomların ağırlığı ilə necə əlaqəli olduğu araşdırılıb.
Penn Medicine Beyin Bankında 1999–2022-ci illər arasında vəfat edən 602 nəfərin beyinləri üzərində tədqiqat aparılıb.