İki illik müharibədən sonra irəliyə doğru bir yol var Quterreş

17.11.2025

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Qəzzada iki illik müharibədən sonra nəhayət ki, irəliyə doğru bir yol var.

Axar.az xəbər verir ki, bu sözləri BMT Baş katibi Antonio Quterreş “Nüvə və digər kütləvi qırğın silahlarından azad Yaxın Şərq zonasının yaradılması üzrə konfrans”ın altıncı sessiyasına videomüraciətdə deyib.

“Mən bölgədəki bütün dövlətləri Yaxın Şərqi bütün kütləvi qırğın silahlarından azad zonaya çevirməyə və beynəlxalq ictimaiyyəti tam dəstək verməyə çağırıram. Yaxın Şərq xalqı sabitliyə və sülhə layiqdir”, - Quterreş qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью