İki inqrediyentli viral yapon çizkeyki | Icma.az
Azpost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Sosial şəbəkələrdə olduqca sadə, amma nəticəsi ilə təəccübləndirən yeni desert trendə çevrilib.
Yaponiyada viral olan iki inqrediyentli çizkeyk resepti yalnız yunan yoqurtu və peçenyedən hazırlanır.
Buna baxmayaraq, teksturası və dadı klassik çizkeyki xatırlatdığı üçün qısa zamanda milyonlarla istifadəçinin diqqətini cəlb edib.
AzPost trendə çevrilən bu şirniyyatın hazırlanma qaydasını və fərqli cəhətlərini təqdim edir. Yeni desertin unikallığı nədədir?
Bu desert TikTok və Instagram platformalarında fəal şəkildə paylaşılan videolar sayəsində məşhurlaşıb.
Onun əsas sirri ondadır ki, peçenye yoqurtun nəmini özünə çəkərək tədricən yumşalır və bişirməyə ehtiyac qalmadan kremvari, zərif bir kütləyə çevrilir.
Məhz sadə hazırlanması və əldə olunan nəticə bu resepti ayın ən populyar desertlərindən birinə çevirib.
Tam oxu
Xəbəri oxu