İki islam dövləti ÜZÜZƏ Pakistanla Əfqanıstanı kim müharibəyə SÜRÜKLƏYİR? | Icma.az
Icma.az, Bizim media saytına istinadən bildirir. Deyəsən, daha bir gərginlik ocağı alovlanmaqdadır.
Söhbət Pakistanla Əfqanıstan arasında yaşanan qarşıdurmadan gedir.
Belə ki, Pakistan və Əfqanıstanın sərhəd bölgəsində son günlər gərginlik pik həddə çatıb."Bild" nəşrinin məlumatına görə, tərəflər artıq bir həftədən çoxdur ki, qarşılıqlı zərbələr endirir.Dekabrın 24-də Pakistanın Əfqanıstanın şərqinə endirdiyi aviazərbələr nəticəsində ən azı 46 nəfər ölüb.
Bu hücuma cavab olaraq Əfqanıstanın Taliban hakimiyyəti sərhədə təxminən 15 min əsgər və hərbi texnika cəmləşdirib.
Daha sonra Taliban qüvvələri mübahisəli ərazilərdə bir neçə Pakistan mövqeyinə hücum edib və onları məhv edib.
Yaranmış vəziyyətdə tərəflər arasında münaqişənin daha genişmiqyaslı müharibəyə çevrilmə riski böyükdür.
MÖVZU İLƏ BAĞLI:Pakistanla Əfqanıstan arasında toqquşmalar davam edir - VİDEO Əfqanıstanla Pakistan arasında müharibə başlayacaq?Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında hərbi ekspert Ramil Məmmədli bildirir ki, Pakistanla Əfqanıstan arasında yaşanan qarşıdurmanın iri miqyaslı hərbi əməliyyata çevrilməsi ehtimalı azdır.
Bununla belə, həmsöhbətimiz lokal xarakterli döyüşlərin baş verəcəyini istisna etməyib:“Keçən əsrin 70-ci illərindən başlayaraq Pakistan Əfqanıstandakı Taliban hərəkatı və digər güclü tayfalar arasında hər zaman söz sahibi olub.
Tam oxu
Xəbəri oxu