İki İstanbul klubu ölkə kubokunda çıxış etmək istəmir

06.12.2024

Icma.az, sport24.az portalına istinadən məlumat verir.

Türkiyənin iki klubu futbol üzrə ölkə kubokunda iştirak etmək istəmir. Sport24.az xəbər verir ki, söhbət "Fənərbaxça" və "Kasımpaşa"dan gedir. Bu barədə yerli mətbuat məlumat yayıb.

Super Liqada mübarizə aparan İstanbul təmsilçiləri Türkiyə Kubokuna qatılmaq niyyətində deyil. Hər iki klub bununla bağlı Türkiyə Futbol Federasiyasına (TFF) rəsmi məktub göndərib.

Federasiya hələ ki, klubların müraciətinə cavab verməyib. Klubların istəyi qəbul olunmasa, onlar kubokda U-19 komandası ilə iştirak etmək variantını da nəzərdən keçirir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью