İki klub Bruyne ilə maraqlanır

02.05.2025

Icma.az, Operativ MM portalına istinadən məlumat yayır.

"Mançester Siti"nin yarımmüdafiəçisi Kevin de Bruyne yaxın vaxtlarda klubunu dəyişəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, 33 yaşlı futbolçu mövsüm başa çatdıqdan sonra azad agent kimi klubun sıralarını tərk edəcək.

Belçikalı artıq "İnter Mayami" ilə danışıqlar aparıb.

"Chicago Fire" da De Bruyne ilə yaxından maraqlanır.

Mənbənin məlumatına görə, ulduz yarımmüdafiəçi özü Səudiyyə Ərəbistanına keçməkdənsə MLS variantına üstünlük verir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью