İki klub Sanço üçün “yarışır”

20.06.2026

futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Mançester Yunayted”in futbolçusu Ceydon Sanço klubu tərk edə bilər.

Futbolpress.az xəbər verir ki, İtaliyadan “Yuventus”, İngiltərədən isə “Çelsi” vingerin xidmətində maraqlıdır. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

“Yuventus” Sançonu satınalma hüququ ilə birlikdə icarəyə götürmək istəyir. “Çelsi” isə oyunçusu Rahim Sterlinqlə Ceydonu dəyişmək niyyətindədir.

Klublar arasında danışıqlar aktiv şəkildə davam edir.

24 yaşlı futbolçu 2021-ci ildən “qırmızı şeytanlar”dadır. O, ötən mövsümün ikinci dövrəsini Dortmund “Borussiya”sında icarədə olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью