İki kollecə direktor müavini təyin edildi FOTO

24.12.2025

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmrinə əsasən bir sıra kollec rəhbərliyində yeni təyinatlar həyata keçirilib.

Bu barədə Bakıvaxtı.az-a Agentlikdən bildirilib.

Qeyd edilib ki, Səbuhi Qurbanov Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin tədris işləri üzrə direktor müavini, Vüqar Mikayıllı isə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью