İki komandanın Bundesliqanı tərk etdiyi dəqiqləşdi

10.05.2025

Icma.az bildirir, Fanat portalına istinadən.

Almaniya Bundesliqasının iki klubu Almaniyanın yüksək divizionunda yerlərini qorumaq üçün riyazi şanslarını itirib.

Fanat.Az xəbər verir ki, Almaniya çempionatının 33-cü turunda müvafiq olaraq "Frayburq"a (1:2) və "Maynts"a (1:4) məğlub olan "Holştayn"la "Bohum"un taleyi həll olunub.

"Haydenhaym" qalib gəldiyi üçün "Bohum" qələbə qazansa belə, aşağı liqaya düşəcəkdi. "Holştayn" isə öz növbəsində qələbəyə görə ikinci məğlubun müəyyənləşməsini son tura təxirə sala bilərdi. Lakin sözügedən komanda məğlub olduğu üçün “Bohum”la birlikdə artıq ikinci Bundesliqaya hazırlaşa bilərlər.

Mirağa

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью