İki komandaya texniki məğlubiyyət VERİLDİ

05.12.2024

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

AFFA İntizam Komitəsi iki komandaya texniki məğlubiyyət verib.

"Unikal" xəbər verir ki, bu qərar qurumun son iclasında qəbul edilib.

U-12 Liqasında "Kürdəmir " – "Çərəkə" (Göyçay) oyunu meydan sahiblərinin heyətində yetərsay olmadığına görə baş tutmayıb. Bu səbəbdən "Kürdəmir"ə 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-10 Liqasında "Karvan" (Yevlax) və "Antiguoko İnternational" komandalarının oyununda isə Yevlax təmsilçisi təyin edilən vaxtda meydanda çıxmadığına görə 0:3 hesablı texniki məğlubiyyətlə üzləşib.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью