İki komissiyanın adı dəyişir

06.12.2024

Metbuat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanda fəaliyyət göstərən yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların adlarında dəyişiklik edilir.

Metbuat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı Ailə Məcəlləsinə və “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə” qanuna dəyişikliklər təklif olunur.

Layihəyə əsasən, komissiyaların “Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar” şəklində adlandırılması nəzərdə tutulur.

Həmçinin, dəyişikliyə görə, uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar öz səlahiyyətləri daxilində təhsil müəssisələrində, habelə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq yetkinlik yaşına çatmayanların işlədikləri müəssisələrdə, təşkilatlarda və idarələrdə onlar arasında tərbiyə işinin təşkilinin monitorinqini apara biləcəklər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью