İki London klubu eyni müdafiəçini istəyir

23.11.2025

sport24.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Çelsi" və "Arsenal" "Nottingem Forest"in müdafiəçisi Murillo ilə maraqlanır. Sport24.az "Caught Offside" portalına istinadən "Barselona" da braziliyalı oyunçunu izləyir.

Mənbənin sözlərinə görə, Murillo "Çelsi"nin baş məşqçisi Enzo Mareskanın tələblərinə cavab verir. 

"Nottimgem Forest"in 23 yaşlı futbolçunu 80-90 milyon avro dəyərində qiymətləndirdiyi bildirilir. Klub oyunçunu satmaq istəmir, lakin bu məbləğə yaxın təklifləri nəzərdən keçirəcək.

Qeyd edək ki, Murillo bu mövsüm bütün turnirlərdə 12 oyunda meydana çıxıb və bir qol vurub. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью