İki Mançester klubu belçikalı qapıçı uğrunda mübarizə aparır

26.03.2025

Lent az saytına istinadən Icma.az xəbər verir.

"Mançester Siti" və "Mançester Yunayted" “Antverpen” klubunun qapıçısı Senne Lamensi transfer etməyə hazırlaşır. 

Lent.az-ın xarici mediaya istnadla xəbərinə görə, "şəhərlilər" 22 yaşlı qapıçı Edersonun komandadan ayrılmaq istəyinə görə, "qırmızı şeytanlar" isə Ruben Amorimin Andre Onana ilə bağlı narazılığına görə maraqlanır.

Lammens 20-25 milyon avroya “Antverpen”dən ayrıla bilər.

Senne bu mövsüm 33 oyun keçirib, 36 qol buraxıb və 7 oyunda qapısını toxunulmaz saxlayıb.

Xatırladaq ki, daha əvvəl “Mançester Siti”nin 2025-ci ildə “Qızıl top”u qazanmaq üçün favoriti əldə etmək istədiyi bildirilirdi.
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью