Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.
Naxçıvan-Sədərək magistralında ağır yol qəzası baş verib.
Axar.az APA-ya istinadən xəbər verir ki, hadisə zamanı "Hunday" markalı avtomobillə "Mersedes" toqquşub.
Qəza zamanı 2 nəfər müxtəlif bədən xəsarəti alıb. Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.