İki maşın toqquşdu, KIA sürücüsü faciəvi şəkildə öldü

26.06.2026

Icma.az bildirir, Modern.az portalına istinadən.

Ağcabədidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az xəbər verir ki, hadisə rayonun Muğanlı kəndi ərazisində qeydə alınıb.

Məlumata görə, Qara Ramil oğlu Həsənovun idarə etdiyi "Hyundai" markalı avtomobil Amil Allahyar oğlu Bəylərovun idarə etdiyi KIA markalı avtomobillə toqquşub.

Qəza nəticəsində hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, A.Bəylərovun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью