İki maşın toqquşdu: ölənlər var

30.01.2025

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

Ağcabədidə iki avtomobil toqquşub.

Axar.az xəbər verir ki, Zaur Əliyevin idarə etdiyi "Opel Astra" markalı avtomobillə Vüqar Əliyevin idarə etdiyi "Kia Ceed" markalı avtomobil toqquşub.

Qəza nəticəsində "Opel Astra" aşıb. Sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью