İki məktəbə direktor təyin edildi FOTO

09.12.2024

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanda iki məktəbə direktor təyin edilib.

Redaktor.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Əliyeva Ülkər Rüstəm qızı Yevlax şəhər 6 nömrəli tam orta məktəbə, Məmmədova Lalə Məhəmməd qızı isə Yevlax rayon Salahlı kənd tam orta məktəbinə direktor təyin olunub.

Onlar direktorların işə qəbulu müsabiqəsinin test və müsahibə mərhələsini uğurla tamamlayaraq bu vəzifələrə təyinat alıblar (modern.az). 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью