İki mənzilli EV YANDI 3 nəfər ölüb

25.12.2024

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

Rusiyanın Altay diyarının (Sibir federal dairəsi) Drujba kəndində baş vermiş yanğında üç nəfər ölüb.

Avtosfer.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti bildirib.

“Drujba kəndində iki mənzilli ev yanıb. Valideynlər oğul və qızlarını küçəyə çıxarıblar. Təəssüf ki, 12 yaşlı qız keçinib. 22 yaşlı böyük oğul və 14 yaşlı qız evdən çıxa bilməyiblər. Valideynlər və 16 yaşlı oğlan xəstəxanaya yerləşdirilib”, – məlumatda qeyd olunub.

Yanğının elektrik naqillərinin qısa qapanması nəticəsində baş verdiyi güman edilir. 75 kvadratmetr sahədə yanğın söndürülüb, onun söndürülməsi ilə FHN-nin 20 mütəxəssisi məşğul olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью