İki “Mercedes” toqquşdu: xəsarət alanlar var KONKRET

31.03.2025

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

Zaqatala minik avtomobilləri toqquşub, xəsarət alanlar var.

KONKRET.az APA-ya istinadən xəbər verir ki, hadisə Qax-Zaqatala avtomobil yolunun Muxax kəndi ərazisindən keçən hissəsində baş verib.

Hərəkətdə olan iki “Mercedes” markalı minik avtomobili toqquşub.

İlkin məlumata görə, qəza zamanı xəsarət alan üç nəfər Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusuna yerləşdirilib.

Hazırda yaralılara tibbi yardım göstərilir və şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью