İki məşhur fenomen əxlaqsızlığa cəlb etmə ilə bağlı TUTULDU

03.02.2026

Icma.az, Lent az portalına istinadən məlumat verir.

Türkiyədə sosial media fenomenlərinə qarşı narkotik dövriyyəsi və fahişəliklə bağlı aparılan istintaq çərçivəsində Arya Bektaş və Mükremin Gezgin saxlanılıb.

Lent.az yerli mediaya istinadla xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğunun rəhbərliyi ilə keçirilən əməliyyatlar nəticəsində hər iki şəxs hüquq-mühafizə orqanlarına təhvil verilib.

Hazırda barələrində hüquqi prosedurlar davam edir və istintaq çərçivəsində əlavə saxlanılmaların mümkün olduğu bildirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью