İki məşhur sənətkarın möhtəşəm tar və saz dueti VİDEO

22.05.2025

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

Ustad tarzən Möhlət Müslümov özünün sosial şəbəkə hesabında olduqca maraqlı video paylaşıb.

Aşıq Ədalət Dəlidağlı ilə Möhlət Müslümov verilişlərin birinin çəkilişi zamanı tar və saz dueti ediblər. Məşhur “Duman salamat qal, çən salamat qal” şeirinə oxunan aşıq havası onların ifasında səsləndirilib.

Globalinfo.az bildirir ki, videodan göründüyü kimi, bu veriliş böyük ehtimalla Qorxmaz Tofiqoğlunun təqdimatında İTV-də yayımlanan “Ozan məclisi” verilişi üçün çəkilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью